Almaniyanın "Bavariya" klubunun futbolçusu Tomas Müller UEFA Çempionlar Liqasında (ÇL) Kriştianu Ronaldu və Rayan Giqqzin nailiyyətini təkrarlayıb.
Bakıvaxtı.az-ın "Opta Sport"a istinadən məlumatına görə, 35 yaşlı oyunçu buna Ukraynanın "Şaxtyor" komandasına qalib gəldikləri (5:1) Liqa mərhələsinin VI turunun matçında fərqlənməklə nail olub.
Müller, Ronaldu və Giqqz ardıcıl olaraq ÇL-də ən azı bir qol vurmaqla 16 mövsüm keçiriblər. Yalnız Lionel Messi və Kərim Benzema 18 mövsümdə fərqləniblər.
Qeyd edək ki, Tomas Müller cari mövsüm bütün yarışlarda 20 qarşılaşmada iştirak edib, 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.