AZ

Əsəd qaçarkən İsrailə strateji nöqtələrin ünvanlarını verdi

Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra Colan təpələrində bufer zonanı zəbt edərək 51 ildən sonra yeni zəmin yaradan İsrail bölgədə irəliləyişini davam etdirir. 

Paytaxt Dəməşqə yaxınlaşan İsrail ordusu 300-dən çox hava hücumu təşkil edərək bölgəyə nəzarəti ələ keçirmək üzrədir.

News24.az Haberler-ə istinadən xəbər verir ki, İsrailin kəşfiyyat komandirlərinin belə bilmədiyi silah anbarlarının, raket mərkəzlərinin və döyüş təyyarələrinin yerlərini bildiyi ilə bağlı diqqətçəkən iddia irəli sürülüb. 

Bəşər Əsədin Suriyadan qaçarkən təyyarəsinin vurulmaması və hava məkanında heç bir maneə ilə qarşılaşmaması müqabilində bu yerlərin siyahısını İsrailə verdiyi iddia edilir. İsrailin bu zəmanəti aldıqdan sonra Əsədin qaçmasına icazə verdiyi bildirilir.

Günel Məlikzadə

Seçilən
3
news24.az

1Mənbələr