AZ

Azərkosmosun peyk həlləri Qırğızıstanda təbii fəlakətin qarşısının alınmasında istifadə olunub

Bakı. Trend:

Azərkosmosun Qırğızıstanın Fövqəladə Hallar Nazirliyi iləəməkdaşlığı çərçivəsində hazırladığı rəqəmsal peyk həlləri təbiifəlakət riskinin qiymətləndirilməsi və qarşısının alınmasındaistifadə olunub.

Trend xəbərverir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumatyayıb.

Bildirilib ki, Azərkosmos tərəfindən təqdim olunan yüksəkdəqiqlikli rəqəmsal relyef modeli (DEM – Digital Elevation Model)Qırğızıstanda potensial təbii fəlakətin qarşısını almaqda mühüm roloynayıb və yüzlərlə insanın həyatını xilas etməyə kömək edib.

Qeyd edilib ki, DEM ərazinin yüksəklik məlumatlarını rəqəmsalformada təsvir edən coğrafi məlumat modeli olub, relyefinquruluşunu və formasını dəqiq şəkildə təsvir etmək üçün istifadəolunur.

"Peyk təsvirlərinin təhlili və əlavə monitorinq məlumatlarıəsasında müəyyən edilib ki, Qırğızıstanda İssık-göl ərazisində dağgölünün daşması ilə bağlı qabaqlayıcı tədbirlərin həyatakeçirilməsi mümkün deyil və ətraf kəndlər ciddi daşqın təhlükəsiilə üzləşə bilər. Bu məlumatlar əsasında Qırğızıstanda aidiyyətiqurumlar dərhal tədbir görərək risk altındakı yaşayışməntəqələrindən insanların evakuasiyasını təşkil edib.Evakuasiyadan cəmi dörd gün sonra gözlənilən daşqın baş verib.Lakin vaxtında görülən tədbirlər sayəsində 500 nəfərin həyatı xilasolunub.

Qırğızıstanda 2000-dən çox dağ gölü mövcuddur və onlardan 320-sipotensial fövqəladə hallar üçün ciddi təhlükə yaradır. Yüksəkdağlıq ərazilərdə yerləşən bu göllərin daşması Mərkəzi Asiyaregionuna genişmiqyaslı təsirlər göstərə bilər. Təbii fəlakətin başverməsinin əsas səbəblərindən biri dağ göllərinin iqlimdəyişiklikləri nəticəsində artan həssaslığıdır. Temperaturunyüksəlməsi buzlaqların əriməsini sürətləndirərək göllərinsəviyyəsinin kritik həddə çatmasına gətirib çıxarır. Məsələn,riskli ərazilərdə daha detallı peyk monitorinqinin aparılması və bugöllərin təhlükəsizlik strukturunun gücləndirilməsi gələcəkdəbənzər fəlakətlərin qarşısını ala bilər. Rəqəmsal relyef modellərivə peyk məlumatları fəlakətlərin idarə olunmasında yüksəkdəqiqlikli proqnozlar verərək həm insan, həm də maliyyəresurslarına qənaət etməyə imkan verir",- deyə məlumatdabildirilib.

Seçilən
17
14
az.trend.az

10Mənbələr