“Real”ın hücumçusu Kilian Mbappenin durumu ilə bağlı ilkin rəy bəlli olub.
İdman.biz xəbər verir ki, Çempionlar Liqasının “Atalanta” ilə görüşündə zədələnən fransalı futbolçu 2024-cü ili bitirmək təhlükəsi ilə üzləşib.
Onun aldığı xəsarətin nə dərəcədə ağır olması dəqiqləşməsə də, istənilən əzələ ağrıları üzündən Mbappe La Liqanın “Rayo Valyekano” ilə dekabrın 14-dəki görüşdə oynamayacaq. Onun dörd gün sonra Qitələrararası kubokun finalını buraxacağı da gözlənilir.
Onun zədəsinin daha ciddi olduğu aşkarlansa, “Sevilya”ya qarşı 2024-cü ilin son sınağında da forma geyinməyəcək. Kilianın meydanı axsayaraq tərk etməsi də durumunun yaxşı olmadığını göstərir.
Qeyd edək ki, Mbappe “Atalanta” üzərindəki 3:2 hesablı səfər qələbəsinə bir qolla töhfə verib.
İdman.biz