İsrailin Qəzza zonasının mərkəzi və şimal hissəsində iki yaşayış binasını hədəf aldığı hava hücumu nəticəsində 25 nəfər həyatını itirib, çoxlu sayda insan yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, şahidlərdən əldə edilən məlumata görə, İsrail döyüş təyyarəsi Qəzza zolağının şimalındakı Mesru Beyt Lahiya bölgəsində Kemal Advan xəstəxanası yaxınlığındakı 3 mərtəbəli binanı bombalayıb.
Hücum zamanı binanın tamamilə dağıldığı halda 18 nəfərin həyatını itirdiyi, 12 nəfərin isə hələ də dağıntılar altında qaldığı bildirilib. Qəzza zolağının ortasındakı Əl Avde Xəstəxanasından verilən açıqlamada, İsrailin Nusayrat Qaçqınlar Düşərgəsinin cənub-qərbindəki Safin bölgəsində bir yaşayış binasını bombalaması nəticəsində ölən 7 nəfərin cəsədinin olduğu bildirilib.
Yaralılar xəstəxanaya çatdırılıb. Xəstəxana xilasetmə qruplarının evdən cəsədləri çıxardığı anları əks etdirən video yayımlayıb. Hadisə şahidləri qeyd edib ki, vətəndaşlar və xilasetmə qrupları dağıntılar altında qalanların axtarış-xilasetmə işlərinə davam edir.