AZ

"İsrail hökumətinin israrla və inadla getdiyi yol, yol deyil"

"İsrail hökumətinin israrla və inadla getdiyi yol, açıq desək, yol deyil".

Bu barədə prezident Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən 15-ci Səfirlər Konfransında çıxışında deyib.

Qəzzada və işğal olunmuş Fələstin torpaqlarında 14 aydır davam edən və 70 faizi uşaq və qadın olmaqla 50 mindən çox fələstinlinin həyatını itirdiyi İsrail qətliamının qarşısının alına bilmədiyini ifadə edən Ərdoğan  bu ölkədəki mövcud rəhbərliyin bölgədəki problemləri daha da mürəkkəbləşdirərək hücumlarını davam etdirdiyini xatırladıb.

"Daha çox qan tökməklə və günahsız dinc əhalinin üzərinə daha çox bomba atmaqla təhlükəsizliyi təmin etmək olmaz. İsrail hökumətinin israrla və inadla getdiyi yol, açığını desəm, yol deyil. Bu, Qəzza və Fələstin üçün olduğu qədər Suriya üçün də eynidir", -deyə dövlət başçısı qeyd edib.



Seçilən
1
trt.net.tr

1Mənbələr