Bakı. Trend:
“Maserati”nin Azərbaycan bazarına dair strategiyası ölkədəelektromobillərə artan diqqət fonunda daha da inkişaf edir.
Bu barədə Trend-ə özəl müsahibəsində “Maserati”nin xaricibazarlar üzrə rəhbəri Filipp Klaverol bildirib.
“Azərbaycanda hökumət elektromobillərin təşviqinə ciddi səylərgöstərir ki, bu da dünyada kifayət qədər nadir haldır. “Maserati”ənənəvi olaraq yüksək performanslı benzin mühərriklərinə malikavtomobilləri ilə tanınsa da, ətraf mühitin davamlılığına töhfəvermək məqsədilə elektrik mühərrikli avtomobillər təklif etməkməsuliyyətini dərk edir”, - deyə o bildirib.
Filipp Klaverol qeyd edib ki, Azərbaycanda mövcud olan bütün“Maserati” avtomobilləri ölkənin “yaşıl keçid” hədəflərinə uyğunolaraq həm benzin, həm də tam elektrik variantları ilə təklifolunur. Elektromobillərin bazara çıxarılması xüsusilə Azərbaycandakeçirilən COP29-dan sonra böyük əhəmiyyət daşıyır, çünki sammitdətəcili tədbirlərin görülməsinin vacibliyi vurğulanıb. Bu siyasət“Maserati” üçün böyük bir fürsətdir və şirkətin Azərbaycandaişgüzar fəaliyyətini genişləndirməyə kömək edəcək.
“Azərbaycanda iştirakını daha da genişləndirmək məqsədilə“Maserati” yaxın günlərdə Bakıda yeni diler mərkəzini açıb. Bumərkəz “Maserati”nin ən yeni nəsil şourumlarını təmsil edir. BizimAzərbaycanda yeni tərəfdaşımız var və onları etibarlılığı və satışsonrası xidmət sahəsindəki güclü nüfuzlarına görə seçmişik. Bu,bizim üçün çox vacibdir. Yeni diler mərkəzi yerli müştərilərə dahayüksək xidmət təklif etmək və müştəri məmnuniyyətini təmin etməkməqsədini daşıyır”, - deyə “Maserati” nümayəndəsi vurğulayıb.
O, Azərbaycanın artan iqtisadi imkanlarına da toxunaraq qeydedib ki, ölkənin uğurlu sahibkarları və şirkətləri “Maserati”ninfəaliyyəti üçün möhkəm əsas yaradır.
“Biz bilirik ki, lüks avtomobillər satırıq və Azərbaycandabazarımız inkişaf etməkdədir. Buna görə də bizim üçün Azərbaycanda,xüsusən də Bakıda olmaq və ən yaxşı satış sonrası xidmət təklif edəbiləcək etibarlı tərəfdaşla işləmək vacibdir”, - deyə o əlavəedib.
Filipp Klaverol bildirib ki, “Maserati” gələcək innovasiyalarüzərində işləməyə davam edir və həm lüks, həm də davamlılığa cavabverən modellər inkişaf etdirir. Şirkət hazırda “GranTurismo” və“GranCabrio” modellərini həm benzin, həm də elektrik mühərriklivariantlarda təqdim edir. Bundan əlavə, “Maserati” superkar “MC20”üzərində işləyir və yaxın vaxtlarda sahibkarlar üçün həm yüksəkperformans, həm də gündəlik istifadə üçün mükəmməl olan yeni “GT2Stradale” modelini təqdim edib.
“Maserati”nin “Furioserie” proqramı çərçivəsində fərdiləşdirməyanaşması Azərbaycan müştərilərinə avtomobillərini unikal şəkildəşəxsi zövqlərinə uyğunlaşdırmaq imkanı təqdim edir. Biz müştərilərəistədikləri rəng və interyeri seçmək imkanı veririk. Əgər müştərixüsusi bir rəng istəyirsə, biz onu təmin edə bilərik. Bufərdiləşdirmə səviyyəsi müştərilərimizə təqdim etdiyimiz ən yüksəklüks anlayışını əks etdirir”, - deyə F.Klaverol bildirib.
O əlavə edib ki, “Maserati”nin strategiyası üç əsas sahəyəfokuslanmağa davam edəcək: lüks avtomobillər, elektromobillər vəidman avtomobilləri.
“Biz İtalyan lüksünü, idman performansını və indi də elektrikmobilliyini bir araya gətirərək müştərilərimizə sevinc bəxş etməyə– bunu biz “Alegria” adlandırırıq – sadiqik”, - deyə FilippKlaverol yekunlaşdırıb.