Qubernator raket zərbəsi, mer isə PUA hücumu deyir
Rusiyanın Taqanroq şəhəri Ukraynanın hücumuna məruz qalıb.
"AzPolitika” xəbər verir ki, bu barədə Rusiya mənbələri məlumat yayıblar.
Şəhərin yerləşdiyi Rostov vilayətinin qubernatoru Yuri Slyusar deyib ki, Taqanroq gecə saatlarında raket hücumuna məruz qalıb. Nəticədə sənaye müəssisəsi zədələnib, dayanacaqda olan 14 avtomobil yanıb: “İlkin məlumatlara görə, xəsarət alan olmayıb. Dəymiş ziyanın həcmi müəyyənləşdirilir”.
Taqanroqun meri Svetlana Kambulova isə şəhərə raket deyil, PUA hücumu olduğunu bildirib: “Zərər dəyən ərazi polis əməkdaşları tərəfindən mühasirəyə alınıb. 1 km radiusda ərazinin tədqiqi aparılacaq”.
“AzPolitika.info”