Dünya futbolunun canlı əfsanəsi, Argentina millisinin və Amerikanın “İnter Mayami” klubunun ulduz hücumçusu Lionel Messi və komanda yoldaşları Bakıya gəlib.
Yerli mətbuatın məlumatına görə, göyərtəsində futbolçuların olduğu təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına enib və onları iş adamı Adnan Əhmədzadə qarşılayıb.
Qeyd edək ki, dekabrın 11-də "Baku Crystal Hall"da baş tutacaq görüşdə "İnter Mayami"nin futbolçuları Lionel Messi, Luis Suares, Serxio Buskets və Xordi Alba iştirak edəcək.
Konsert zalının səhnəsində dünya şöhrətli bəstəkar və müğənni Villi Uilyam və məşhur Morandi qrupu da çıxış edəcək. Gecə özünəməxsus musiqi proqramı ilə yadda qalacaq.
Bilet satışından əldə edilən bütün gəlir xeyriyyəçiliyə gedəcək.
Almaz Həsənli