Bakı. Trend:
Bu gün səhər saatlarında İranın qərbində yerləşən Kürdüstanvilayətində Bicar-Divandərə magistral yolunda sərnişin avtobusuaşıb.
Trend-inməlumatına görə, bunu İranın Kürdüstan vilayəti Qırmızı AyparaCəmiyyətinin direktoru Payam Cəlali yerli mediaya açıqlamasındadeyib.
Onun sözlərinə görə, avtobusun aşması nəticəsində 3 nəfər ölüb,19 nəfər xəsarət alıb.
Hadisə yerinə cəlb olunan təcili yardım maşınları ilə xəsarətalanlar dərhal tibb mərkəzlərinə çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.