Bakı. Trend:
Azərbaycanlı alimlərin dünya elminə inteqrasiya olunması,dünyanın aparıcı alimlərinin Azərbaycana gəlməsi, burada elmitədqiqatlara cəlb olunması prioritet istiqamətdir.
Trend xəbərverir ki, bu barədə Elm və Ali Təhsilin Beynəlmilləşməsi Forumundaçıxışı zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib
"Əgər xaricdən hər hansı tədqiqatçını Azərbaycana alim və yaprofessor kimi dəvət ediriksə, onun bizim qaydalara uyğun olaraqprosedurlardan keçməsi çətindir.
Loru dildə desək, özünə hörmət edən alim bu prosedurlardankeçmək istəmir, yaxud keçmir. Əgər biz həmin alimləri Azərbaycandagörmək istəyiriksə, o zaman mövcud prosedurlara mütləq yenidənbaxmalıyıq”, - deyə o bildirib.
E.Əmrullayev vurğulayıb ki, bir çox hallarda tədqiqatçı vəalimlər üçün bürokratik proseslər o qədər də asan deyil.