AZ

İsrail təhlükəsizlik rəhbərləri HƏMAS-la razılaşmanı müzakirə ediblər

İsrailin təhlükəsizlik rəhbərləri çərşənbə axşamı Qahirədə radikal Fələstin qruplaşması HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsi ilə bağlı razılığın əldə edilməsi səylərini müzakirə ediblər...

Poliqon xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi və İsrail Baş Təhlükəsizlik Xidmətinin (Şin Bet) direktoru Ronen Bar Qahirədə yüksək vəzifəli şəxslərlə görüşüb.

Adı açıqlanmayan yüksək rütbəli İsrail rəsmisi “The Times of Israel”ə deyib ki, razılığa gəlmək şansları artıb.

“İki həftə əvvəl mən HƏMAS-ın razılaşma istəmədiyini düşünürdüm. İndi mən HƏMAS-ın fikrini dəyişdiyini düşünürəm”, deyə İsrail rəsmisi bildirib.

Mənbə əlavə edib ki, gələn ay ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Ağ Evə girməzdən əvvəl razılıq əldə etmək şansı var.

Poliqon.info

Seçilən
4
poliqon.info

1Mənbələr