AZ

Misir İsraildən KÖMƏK İSTƏDİ

Misir enerji böhranı ilə mübarizədə kömək üçün İsrailə müraciət edib.

İnterpress.az xəbər verir ki, bu barədə “Əl-Ərəbi Əl-Cədid” qəzeti məlumat yayıb.

Qərbi Avropadan idxal edilən mayeləşdirilmiş təbii qaz daşımalarının gəliş cədvəlindəki texniki səhvlər və yerli istehsalın yavaşlaması Misir hökumətini qaz böhranından xilas etmək üçün İsraildən kömək istəməyə məcbur edib.

Neft Nazirliyinin mənbələri Qətərin “Əl-Ərəbi Əl-Cədid” qəzetinə bildiriblər ki, Misir rəsmiləri yerli qaz şəbəkəsinə qaz vurulmasını artırmaq, həmçinin stansiyaların 24/7 işlək vəziyyətdə qalması və böyük həcmləri udmaq üçün üçüncü yenidən mayeləşdirmə stansiyası əldə etmək üçün İsrailə müraciət ediblər.

Misir qazı növbəti 6 il ərzində idxal edəcək.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
7
interpress.az

1Mənbələr