AZ

Ukraynadakı münaqişənin həlli prioritetimdir - Tramp

ABŞ-nin Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həllini özünün prioriteti adlandırıb.

Redaktor.az xəbər verir ki, o, bunu Fransanın “Paris Match” jurnalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Yaxın Şərqdəki vəziyyət vacib olsa da, onun həlli Ukrayna və Rusiya arasındakı münaqişə qədər çətin deyil. Tramp həmçinin bildirib ki, prezidentliyi dövründə Fransa ilə müdafiə sahəsində əlaqələri davam etdirəcək və Ukrayna ilə bağlı müzakirə aparacaq.

Dekabrın 8-də Zelenski Trampın dərhal atəşkəs çağırışını rədd etdiyini bildirib.

Türkan İSGƏNDƏRLİ

 

 

Seçilən
27
redaktor.az

1Mənbələr