AZ

Əmrə Barışa qarşı kobudluqdan danışarkən öz başına gələnləri xatırladı

Türkiyə futbolunun önəmli isimlərindən olan Əmrə Belözoğlu ''Sivasspor'' - ''Qalatasaray'' matçında yaşanan qalmaqallı epizodla bağlı fikirlərini bildirib.

Xatırladaq ki, ''Sivasspor''lu Manay ''Qalatasaray''lı Barış Alpər Yılmaza qarşı çox sərt oynayaraq onu zədələmişdi. Hakim isə hətta epiozu izlədikdən sonra da Manaya qırmızı vərəqə göstərmədi. Əmrə illər öncə onunla ''Trabzonspor''lu Didye Zokora arasında yaşanan qalmaqallı epizodu xatırlayıb:

''Hakimlər birləşdikdə çox şeyə qadir olurlar. Onlar istəmədikləri adamı vəzifədən uzaqlaşdırmaq üçün bəzən sözü bir yerə qoyub bilərəkdən səhvlər edirlər. Türkiyə Futbol Federasiyasının dərhal açıqlama verməsini, Barış Alpərin yığma üzvü olması üçün ona sahib çıxmasını bəyəndim. Amma belə şeylər ''Fənərbaxça''lı futbolçunun başına gələndə ictimaiyyətin reaksiyası fərqli olur. Mən ''Fənər''də oynadığım dönəmdə əcnəbi bir futbolçu mənə təpik atmışdı. Həmin vaxt nə federasiya açıqlama vermişdi, nə də kimlərsə mənə görə birləşmişdi. Amma problem məndən yox, mənim geydiyim formadan qaynaqlanırdı. Bəziləri Manayın ölkəni tərk etməsini istəyir. Bu cür fikirlərin çox sərt və aqressiv olduğunu düşünürəm''.


ƏLİ
Seçilən
3
football-plus.az

1Mənbələr