AZ

Bu qidalar sən demə xroniki ağrıları azaldırmış...

Alimlər sağlam qidalanmanın xroniki ağrıları yüngülləşdirə biləcəyini müəyyən ediblər. SİA xarici mediaya istinadən xəbər verir ki, xroniki ağrı, dünya əhalisinin təxminən 30 faizində mövcud olan kifayət qədər geniş yayılmış bir sindromdur. Bir insanın xroniki ağrılardan dərmansız xilas olub-olmadığını öyrənmək üçün mütəxəssislər bir sıra elmi təcrübələr aparıb və müəyyən ediblər ki, sağlam qidalanan insanlar xronoki ağrıları daha az hiss edir. Tərəvəz, meyvə, tam taxıl, yağsız ət və süd məhsulları istehlak etmək ağrıların azalmasına səbəb olur.

Həmçinin məlum olub ki, bu nəticə insanın çəkisi ilə bağlı deyil. Alimlər müsbət dəyişikliklərin xüsusilə qida rasionu daha balanslı olan qadınlarda hiss olunduğunu da qeyd ediblər. Mütəxəssislər belə qənaətə gəliblər ki, sağlam qidaların tərkibində olan antioksidanlar və iltihab əleyhinə maddələr ağrıları yüngülləşdirərək müsbət təsir göstərə bilər.

Seyranə Quliyeva

Seçilən
34
sia.az

1Mənbələr