AZ

Ötən gün dünyasını dəyişən iki yaşlı Zəhranın ölüm SƏBƏBİ 

İki yaşlı qız uşağı qəfil dünyasını dəyişib.
 
Moderator.az Xəzər TV-yə istinadla xəbər verir ki, hadisə Tovuz rayonunun Düz Cırdaxan kəndində baş verib.
 
Musayevlər ailəsinin yaxınlarının bildirdiyinə görə, yeni evlərinə köçmələrinin beşinci günü ailənin ilk övladı olan iki yaşlı Zəhra Musayeva qaraciyərində yaranan problem səbəbindən həyatını itirib.
 
Səhər saatlarında uşağın üzündə qan görən valideynləri onu dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Lakin xəstəxanadan təcili tibbi yardım avtomobili ilə azyaşlı Gəncə şəhərindəki xəstəxanaların birinə göndərilib. Təəssüf ki, azyaşlı xəstəxanaya aparılarkən dünyasını dəyişib.
 
Faktla bağlı rayon prokurorluğu araşdırma aparır.

Seçilən
25
3
moderator.az

4Mənbələr