Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2025-ci ilin bayram günləri müəyyən edilib.
Bizim.Media xəbər verir ki, qərara əsasən, 2025-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı günləri müəyyən edilib.
Qeyd edək ki, 22 və 23 mart tarixləri şənbə-bazar günlərinə təsadüf edir. Qanunvericiliyə əsasən, bayram günləri həftəsonuna təsadüf etdikdə, həmin günlərin yeri dəyişdirilir. Beləliklə 25 və 26 mart tarixləri də qeyri-iş günü olacaq.
Nəticədə Novruz bayramında ardıcıl 7 gün -20, 21, 22, 23, 24, 25 və 26 mart tarixlərində iş olmayacaq.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta