ABŞ-nin ən böyük "Harry S. Truman" təyyarədaşıyan döyüş gəmisinin həftəsonu Yaxın Şərqə çatacağı gözlənilir.
Teleqraf.com xəbər verir ki, bu barədə "Al Arabiya news" amerikalı rəsminin açıqlamasına istinadən məlumat yayıb.
Qeyd olunub ki, bu addım Suriyada Bəşər Əsəd rejimin devrilməsi, Qəzzada davam edən müharibə və İsraillə Livan arasında artan gərginlik fonunda atılıb.
Qeyd edək ki, ötən il oktyabrın 7-də HƏMAS-ın İsrailə gözlənilməz hücumundan sonra rəsmi Vaşinqton bölgədəki hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə artırıb.
Buraya husilərin Yəməndən gələn ticarət gəmilərinə hücumlarının qarşısını almaq üçün Qırmızı dənizə aviadaşıyıcıların yerləşdirilməsi də daxildir.
Müəllif: Ceyhun Ağazadə