AZ

Məktəblərdəki “şokolad trendi”nə ekspertdən SƏRT sözlər

Bir dəfə də təhsil, kitab trend olsun da… Hazırıq təhsil müəssisəsində ona aid olmayan işlərlə məşğul olmağa. Siz hələ təhsilin, dərsin nə olduğunu, mahiyyətini anlamamısız.

Tribunainfo.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov son vaxtlar məhkəblərdə trendə çevrilən müəllimlərin ovucuna şokolad qoymaq videoları ilə bağlı danışarkən deyib. Ekspert bildirib ki, bu videolar dərs prosesini pozur:

“Bir tərəfdən “şagirdə telefon olmaz, hər şeyi çəkib paylaşır’” deyib tənqid edənlər, digər tərəfdən “əlinizi açın, müəllimə!” trendindən şirin bir mənfəət görürlər. Şagirdin əlindəki telefon “əlimizi” və “like”mızı doldurursa, məktəbdə digər hadisələri çəkməsinə də etiraz etməməliyik.


Bir video dərs prosesini nə qədər pozur?
Şokolad trendləri müvəqqətidir, amma təhsilin prinsipləri qalıcıdır. Şagirdin müəllimə şokolad yox, hörmət və bilik hədiyyə etməsi daha vacibdir!
Bir dəfə də təhsil, kitab trend olsun da… Hazırıq təhsil müəssisəsində ona aid olmayan işlərlə məşğul olmağa… Siz hələ təhsilin, dərsin nə olduğunu, mahiyyətini anlamamısız. Sonra da deyirsiniz ki, məktəb elə, müəllim belə, təhsil elə”.

Nigar

Seçilən
19
tribunainfo.az

1Mənbələr