AZ

Azərbaycanda dəmir yolu sektorunda işçilərin 18%-ni qadınlar təşkil edir - ADY

Bakı. Trend:

Azərbaycanda dəmir yolu sektorunda işçilərin 18%-ni qadınlartəşkil edir.

Bunu Trend-ə açıqlamasında "Azərbaycan Dəmir Yolları"QSC-nin (ADY) Kommunikasiya Departamentinin rəhbəri Aybənizİsmayılova deyib.

O bildirib ki, texniki rollarda isə bu göstərici 16% təşkiledir:

"2026-cı il üçün bu göstəricinin 20%-ə qədər qaldırılacağıhədəflənib. Dəmir yolu kişilərin üstünlük təşkil etdiyi bir sahəidi. İndi isə bu dəyişib. Artıq Dəmiryolu sənayesinintransformasiyası təkcə kapital məsələsi deyil, istedadlar üçünrəqabətli qlobal bazarda ayaqda qalmaq imkanı verir. İnkluzivliyitəmin etməklə biz innovasiya etmək və sənayenin inkişafınıhazırlayırıq. Dəmir yolunu təsadüfi karyera seçiminə deyil,məqsədli karyera seçiminə çevirməliyik".

"Qlobal Dəmiryol Tikinti Layihələri üzrə son hesabata görə, yenidəmir yolu infrastrukturunun inkişafına çəkilən xərclərin qarşıdakıillərdə qlobal miqyasda azalacağı gözlənilsə də, qlobal dəmir yolulayihəsi xərclərinin qarşıdakı illərdə 500 milyard dollar həddikeçəcəyi gözlənilir. Bu o deməkdir ki, biz bu vizyonu həyatakeçirmək üçün güclü, bacarıqlı işçi qüvvəsinə malik olmalıyıq. Buyaxınlarda Dünya Bankı həmçinin elan etmişdi ki, Türkiyədə dəmiryolunun karbonsuzlaşdırılmasına 600 milyon dollar investisiyayatıracaq. Həmin investisiyalardan qadınların məşğulluğuna dayönləndiriləcək",- deyə o əlavə edib.

phrase_var_article.chosen
32
az.trend.az

1phrase_var_article.sources