“Biliş”dən ayrılan Amil Yunanov Azərbaycana qayıdacaq.
Sportal.az xəbər verir ki, Albaniya klubunda qalmaq istəyən hücumçu artıq bir klubla razılıq da əldə edib.
Belə ki, Yunanovun Azərbaycan İkinci Liqasında yarışan “Şəfa” ilə anlaşdığı və bu klubda oynayacağı gözlənilir.
Milli komandamızın 31 yaşlı sabiq üzvü “Qəbələ”, “Sumqayıt”, “Səbail”, “Şamaxı”, “Turan Tovuz”, “Kəpəz” komandalarında da oynayıb. O, iki ay əvvəl Albaniyanın “Biliş” klubuna keçmişdi.
saytlarin hazirlanmasi