AZ

Məşhur futbolçunun evinə girdilər: Həyat yoldaşı qorxusundan...

Soyğunçular PSJ-nin müdafiəçisi Lukas Hernandesin evini qarət etməyə çalışıblar.

Publika.az xəbər verir ki, bu barədə RTL məlumat yayıb.

Ötən gün səhər 5 nəfər fransızın İvelinsdəki evinin ərazisinə daxil olub. Bu zaman evdə 2018-ci il dünya çempionunun həyat yoldaşı olub. Qorxuya düşən qadın bağdakı yardımçı tikilidə gizlənib.

Obyekt mühafizə şirkəti tərəfindən izləndiyi üçün hücum edənlərin heç nə etməyə vaxtları olmayıb. İlkin məlumatlara görə, mühafizəçilərdən biri odlu silahdan, ehtimal ki, boş tapançadan istifadə edib. Xəsarət alan və dağıntı olmayıb.

Cinayətkarlar hadisə yerindən qaçıblar və hazırda polis onları axtarır.

Seçilən
42
1
publika.az

2Mənbələr