AZ

Xamanei: "Suriyadakı çevrilişi ABŞ ilə sionistlər planlaşdırıb, qonşu dövlət dəstəkləyib"

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İranın ali dini lideri Əli Xamanei xalqa müraciətində Suriyadakı dövlət çevrilişinin ABŞ və İsrail tərəfindən və "qonşu ölkənin dəstəyi" ilə planlaşdırıldığını söyləyib.

SNN telekanalının verdiyi xəbərə görə, Xamanei deyib: "Suriyada baş verənlərin amerikalılarla sionistlərin birgə planı olduğuna heç bir şübhə yoxdur. Bəli, Suriya ilə qonşu olan bir dövlət də öz rolunu oynayıb və indiyə qədər oynayır. Lakin əsas sui-qəsdçilər ABŞ ilə sionistlərdir. Buna sübutlar var". 

Hürr Tərcüman

Seçilən
7
hurriyyet.az

1Mənbələr