AZ

Azərbaycan beynəlxalq aləmdə yeni donor ölkəsi kimi tanınır - Nazir müavini

Azərbaycan indiyə qədər  140 dan çox xarici dövlətə, o cümlədən Qoşulmama Hərəkatının 100-dən artıq İslam Əməkdaşlıq Təşkilatının 50-yə yaxın üzvünə, 46 ən az inkişaf etmiş dövlətdən 43-nə, Afrikanın demək olar bütün dövlətlərinə, inkişaf etməkdə olan kiçik ada dövlətlərinin yarıdan çoxuna, Korip hövzəsi ölkələrinin böyük əksəriyyətinə humanitar, maliyyə və texniki yardımlar göstərib. Bunu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib. 

 
"Prezidentin iradəsi və müəyyən etdiyi siyasət hədəflərimizə uyğun olaraq dünya birliyinin məsuliyyətli,etibarlı üzvü kimi Azərbaycan Respublikası tərəfindən beynəxalq yardım fəaliyyəti uğurlu həyata keçirilir. Sistemli və məqsədyönlü şəkildə aparılan uğurlu daxili və xarici siyasət nəticəsində əldə olunan əsaslı siyasi və iqtisadi inkişaf beynəxalq miqyasda Azərbaycana olan marağı artırmış, xarici dövlətlər və beynəxalq təşkilatlar tərəfindən yardımın göstərilməsi ilə bağlı ölkəmizə daxil olan müraciətlərin sayı artmasına səbəb olub. Qoşulmama Hərəkatına sədrliyimiz, covid19 və hazırda davam edən COP29 sədrliyimiz çərçivəsində son illərdə xüsusilə inkişaf edən donorluq fəaliyyətimiz xalqımızın əsrlərdən bəri gələn xeyirxahlıq ənənələri ilə uzlaşır. Bu baxımdan Azərbaycan Respublikası beynəxalq ictimaiət tərəfindən artıq yeni donor ölkəsi kimi tanınır. Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi milli donor institutu kimi beynəxalq miqyasda əhəmiyyətli işlər görür. Beynəxalq  yardım fəaliyyətinin əsas məqsədi dünyanın müxtəlif bölgələrində, xüsusilə inkişaf etməkdə olan ölkələrdə yoxsulluğun azaldılması, elmin, mədəniyyətin və səhiyyənin inkişafı,rabitə və informasiya texnologiyalarının tətbiqi, enerji resurslarından səmərəli istifadə, insan kapitalının artırılması, iqtisadiyyatın inkişafıdır", - nazir müavini dekabrın 11-də "Elm və ali təhsilin beynəlmiləlləşməsi" adlı tədbirdə çıxışı zamanı deyib.
 
Rəfiyev bildirib ki,  Azəraycan tərəfindən indiyə qədər 140 dan çox xarici dövlətə,o cümlədən Qoşulmama Hərəkatının 100-dən artıq İslam Əməkdaşlıq Təşkilatının 50-yə yaxın üzvünə, 46 ən az inkişaf etmiş dövlətdən 43-nə Afrikanın demək olar ki, bütün dövlətlərinə,inkişaf etməkdə olan kiçik ada dövlətlərinin yarıdan çoxuna, Korip hövzəsi ölkələrinin böyük əksəriyyətinə humanitar,maliyyə və texniki yardımlar göstərilib.
 
5 ildə ərzində 80-dən artıq ölkədən çox sayda tələbə Azərbaycanda təhsil almaq imkanı qazanıb. 
 
Hazırda Azərbaycanda təhsil alan xarici tələbələrin sayı 11 min nəfərə çatıb. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Seçilən
56
50
anews.az

10Mənbələr