AZ

Türkiyə bu şəhərə GİRDİ: Əsas MƏRHƏLƏ BAŞLAYIR: Rusiya-Türkiyə TOQQUŞMASI olacaq?

Türkiyə PKK-nın PYD/YPG qanadına qarşı mübarizədə illərdir təmizləmək istədiyi Menbiçə Suriya Milli Ordusu üzərindən daxil oldu. Bu şəhər 2016-cı ildə ABŞ-ın dəstəyi ilə PYD-nin nəzarətinə keçib. Vaşinqton Ankaraya şəhərin təmizlənəcəyi vədini versə də, yerinə yetirmədi. Eyni vədi 2019-cu ildə Rusiya Türkiyəyə versə də, anlaşma kağız üzərində qaldı.

Şəhərin nəzarətə götürülməsi Türkiyə üçün strateji qazanc deməkdir.

- Türkiyə Fəratın şərq sahilində möhkəmləndi;

- Suriya ərazisində Türkiyəyə mümkün hücumların qarşısını almaqda coğrafi üstünlük qazandı;

- PYD/YPG Fərat çayının qərb sahilində ciddi təsir itirdi və çayın şərqinə doğru sıxışdırıldı:

- Türkiyə üçün Suriyada və İraqda PKK/PYD/YPG ilə mübarizənin yeni mərhələsinin başlandığı görünür: Menbiçə nəzarət ABŞ-ın dəstəklədiyi bu qruplaşmaya qarşı əməliyyatlarda taktiki baxımından üstünlük qazandırır;

- İraqdan Aralıq dənizinə qədər uzanan coğrafiyada planlaşdırılan “kürd dəhlizi” planı ciddi şəkildə əngəlləndi: Türkiyə Suriyada keçirdiyi əməliyyatlarla bu planın qarşısını alsa da, 2017-ci ildən başlayaraq, ABŞ bu planın icrası üçün marşruta müəyyən dəyişliklik – Menbiçdən Hələbə, oradan Lazkiyə və Aralıq dənizinə çıxış – etmişdi; Əsədin getməsi və Rusiya hərbi bazalarının çıxarılması gözləntisi bu marşrutu daha da aktuallaşdıra bilər, lakin Menbiçin nəzarətə götürülməsi ilə bu marşrutun reallaşması imkanları da azaldıldı;

- Və Suriya masasında aparılacaq mümkün danışıqlarda əlini gücləndirdi.

Hərçənd, Menbiçin nəzarətə götürülməsi PYD/YPG ilə mübarizədə mühüm başlanğıcdır, Türkiyə daha güclü şəkildə əsas mərhələyə bundan sonra başlayır.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız ATLAS Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

https://www.youtube.com/@musavattv

https://www.facebook.com/tvmusavat

Seçilən
5
6
musavat.com

7Mənbələr