1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Avstraliyada laboratoriyaların birindən içərisində təhlükəli virus nümunələri olan 323 flakon itib.
Oxu.Az-ın "ABC News"a istinadla verdiyi məlumata görə, bu barədə Kvinslend ştatının Səhiyyə Nazirliyi xəbər yayıb.
Bildirilir ki, itmiş patogenlər arasında 57% ölüm dərəcəsi olan hendra virusu (100 flakon), həmçinin hər biri potensial ciddi tibbi nəticələrə malik olan lissavirus və hantavirus (223 flakon) var.
Alimlər hadisənin nümunələrin saxlandığı soyuducunun sıradan çıxmasından sonra baş verdiyini düşünürlər: Yeni soyuducuya köçürmə zamanı işçilər flakonlar üçün sənədləşmə aparmayıblar.
"Bioloji materiallar bu təhlükəsiz anbardan götürülə, itə və ya digər səbəblərdən yoxa çıxa bilərdi", - deyə Kvinslendin səhiyyə naziri Tim Nikols deyib.
Qəsdən oğurluq və ya bioloji silah yaratmaq cəhdi az ehtimal olunur.
O da vurğulanır ki, hadisə 2021-ci ildə baş versə də, 2023-cü ilin avqustunda aşkar edilib, bununla belə, araşdırma barədə əvvəllər məlumat verilməyib.