Azad Suriya Ordusunun (ASO) Menbiçdə həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində PKK/YPG terrorçularından təmizlənmiş bölgədə yerləşən Süleyman Şah türbəsinin taleyi də bəlli olub.
ASO-nun əməliyyatları çərçivəsində türbənin əvvəlki yeri – Karakozak ərazisi də terrorçulardan təmizlənib.
Beləliklə, türbənin köhnə yerinə köçürülməsi üçün yol açılıb.
Xatırladaq ki, türbə 2015-ci ildə İŞİD terror təşkilatının intensiv hücumları səbəbindən risk altında idi. Bu səbəbdən 39 tank, 57 zirehli texnika, 100 maşın və 572 şəxsi heyətin iştirakı ilə keçirilən genişmiqyaslı əməliyyatla tarixi türbə Türkiyə-Suriya sərhədində yerləşən Eşme bölgəsinə daşınıb. ASO-nun uğurlu əməliyyatından sonra türbənin yenidən əvvəlki yerinə köçürüləcəyi gözlənilir./axaraz