AZ

Suriyanın yeni hakimiyyəti Rusiya hərbi bazaları ilə bağlı qərar verəcək

Suriyanın yeni hakimiyyəti Rusiya hərbi bazaları ilə bağlı qərar verəcək

Suriyanın yeni hakimiyyət orqanları Ərəb Respublikasındakı Rusiya hərbi bazalarının taleyinə Suriya xalqının fayda və mənafeləri nöqteyi-nəzərindən baxacaqlar. AFN.az xəbər verir ki, bunu TASS-a tanınmış suriyalı siyasətçi, Cenevrə və Astanada Suriya üzrə danışıqlarda müxalifət nümayəndə heyətinin keçmiş rəhbəri Məhəmməd Alluş bildirib.“Hərbi bazalara gəlincə, bu, Suriya dövlətinin suveren qərarıdır və bu məsələ mütləq Suriya xalqının, eləcə də Rusiyanın maraqları nöqteyi-nəzərindən nəzərdən keçiriləcək” - deyə o, qeyd edib.

Seçilən
5
afn.az

1Mənbələr