AZ

“Kontakt Home”dan şikayət:  Keyfiyyətsiz xidmət, üstəlik də müştərini borclu çıxardırlar – İDDİA

Vətəndaşlardan biri aldığı məhsula görə “Kontakt Home”-dan şikayətçidir.


Referans.az" target="_blank" style="background-color: rgb(255, 255, 255);">Referans.az  xəbər verir ki, vətəndaş sözügedən mağazadan aldığı tozsoranı servis üçün  “Kontakt Home”-a təqdim edib. Müştəri bildirir ki, tozsoranı 2 aydır ki, servis adı ilə aparıb bəzi hissələrini dəyişib və xarab ediblər. 

 

Həmin paylaşımı təqdim edirik:  


Salam şikayətim kontakt home mağazasındandır. Servis xidmətləriniz sıfırdan da aşağıdır. Yeni sıfır olsa bilərik ki, xidmət yoxdur. Amma bu şirkətdə servis ancaq müştərini incitmək və narazı salmaqdan başqa birşey deyil. Bir tozsoranı iki aydı servis adı ilə aparıb, bəzi hissələrini dəyişdirib,xarab edib, sonda da guya müştərini borclu çıxarırlar. Şirkətdə koordinasiya sıfır səviyyəsindədir. Bir departamentin digərindən xəbəri yoxdur. Müştəri xidmətləri problemin kökünü araşdırmadan məlumatsız halda müştərini yalan danışmaqda ittiham edir. Operativlik anlayışı heç yoxdur.


Həmçinin müştəri digər paylaşımında isə belə qeyd edib:


"Kontak.az"

1. Servis məhsulu bərbad şəkildə təmir edib geri göndərib. Tozsoranın dırnaqarası servisdən sonra necə işlədiyini videoya çəkmişəm. Videolara baxdıqda məhsulun düzgün şəkildə işləmədiyi görünür. Əvvəl servisin işindən çox razı qalmışdım təxminən bir il əvvəl. Lakin bu son proses zamanı kəskin şəkildə narazıyam.


2. Ehtiyyat hissələri keyfiyətsizdir.


3. Məhsulun xortum hissəsinin başqa xortumla dəyişdirilib.


4. Məsələnin bu qədər gecikdirildiyi və 2 aydır bir tozsoran məsələsinin həll edilməməsi həqiqətən də kontak.az şirkəti üçün ayıb və adına yaraşmayan utancverici bir haldır.


5. Şirkətin şöbələr arası koordinasiya sıfır səviyyəsindən də aşağıdır.


6. Çağrı xidməti müştərinin problemini dinləmədən müştərini yalan danışmaqda ittiham edir. Ən əsası müştəri xidməti operatoru məsələnin kökünü bilmədən məsələdən anlayışı olmadan yalan danışaraq müştərini etmədiyi bir hərəkətdə ittiham edir. Yalandan deyir ki, "servisdən sonra aparıb 10 gün işlətmisən" halbuki filialda kamera qeydləri də var ki, aparıb bir gün sonra nasazlığı videoda qeyd edərək filiala gətirmişəm. Bütün bunlar şirkətin adına, müştəri məmnuniyyətinə yaraşmayan bir utancdır".  


Referans MEDİA

Seçilən
25
referans.az

1Mənbələr