Azərbaycan Premyer Liqasında çıxış edən "Şamaxı" klubunun futbolçularından biri oyun alverində iştirakını etiraf edib.
Publika.az xəbər verir ki, bu barədə "Sportinfo.az" məlumat yayıb.
Həmin oyunçunun adı çəkilməsə də, qeyd olunub ki, o, ölkə kubokunun 1/8 final mərhələsinin "Zirə" ilə qarşılaşmasında (1:3) komandasının məğlubiyyətinə mərc edib.
Amma indi tək bu matç araşdırma mövzusu deyil. AFFA, həmçinin, "şirlər"in Premyer Liqada aldığı son dörd məğlubiyyət araşdırma sahəsinə daxil edilib. Çünki həmin futbolçu bununla bağlı mühüm bilgilər verib.
Bölgə təmsilçisi dekabrın 9-da iki nəfərlə müqaviləni ləğv etdiyini açıqlayıb. Müdafiəçi Adil Nağıyev və yarımmüdafiəçi Georgi Kantariya ilə əməkdaşlıq vaxtından əvvəl sona çatdırılıb.