FİFA Şurası 2027-ci ildə Braziliyada keçiriləcək qadınlar arasında dünya çempionatının vaxtını açıqlayıb.
QOL.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb.
Şura turnirin 2027-ci il iyunun 24-dən iyulun 25-dək keçiriləcəyini təsdiqləyib.
Yarışda 32 komanda iştirak edəcək. Onlardan 28-i seçmə mərhələlər vasitəsi ilə turnirə vəsiqə qazanacaqlar. Braziliya ev sahibi olduğu üçün mundialda birbaşa iştirak əldə edib. Digər 3 iştirakçının adına isə pley-off oyunlarında aydınlıq gələcək.