AZ

Poqba bu kluba qoşulmaq üzrədir - SON DURUM

Dopinq testi müsbət nəticələndiyi üçün aldığı 4 illik diskvalifikasiya cəzası İdman Arbitraj Məhkəməsi (CAS) tərəfindən 1,5 ilə endirilən fransalı futbolçu Pol Poqbanın harada oynamaq istədiyi dəqiqləşib. 

Fanat.Az "RMC Sport"a istinadən xəbər verir ki, "Yuventus"la müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilən dayaq yarımmüdafiəçisi "Olimpik Marsel"ə qoşulmaq niyyətindədir.

Xəbərə görə, gələn aydan məşqlərə başlamaq, martdan isə rəsmi matçlarda iştirak etmək hüququ olan Pol yaxın vaxtlarda Marsel təmsilçisi ilə anlaşma imzalamaq üzrədir. Mənbə tərəflərin maaş məsələsində ortaq məxrəcə gələ biləcəkləri təqdirdə, keçidin reallaşacağını vurğulayıb.

Nihat

Seçilən
7
fanat.az

1Mənbələr