AZ

20 yaşlı tələbə təcrübə üçün adam öldürdü - ağlasığmaz OLAY

Londonda 20 yaşlı kriminologiya fakültəsinin tələbəsi Nassem Sədi şəxsi təcrübəsinə görə və cinayət törədən zaman qatillərin nə hiss etdiyi bilmək üçün 34 yaşlı Amy Qreyi öldürüb, 38 yaşlı Lin Maylsı isə yaralayıb.

Bakuinfo.net xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Prokurorluğun məlumatına görə, tələbə kriminalistikaya yüksək maraq göstərib. Daim müəllimlərinə polisin işi və meyitin gizlədilməsi yolları ilə bağlı xeyli suallar ünvanlayıb.

Bundan əlavə, tələbə internetdə bıçaqlar, ən işlək çimərliklər və qətllərlə bağlı digər məqamlar haqqında məlumat axtarıb. 21 may 2024-cü ildə o, Bornmuta gəlib və bir otel otağını icarəyə götürüb. Daha sonra şəhər çimərliklərinin birində o, bıçaqla Qrey və Maylsa hücum edib. Birincisi aldığı xəsarətlərdən yerindəcə keçinib, digər yaralı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Dindirilmə zamanı tələbə günahını boynuna almayıb. Müstəntiqlərin fikrincə, Sədi can almağın nə olduğunu şəxsi təcrübəsində bilmək istəyib.

Seçilən
6
bakuinfo.net

1Mənbələr