Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsindəki evlərin birindən pul və 2700 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 38 yaşlı A.Rəsulov müəyyən olunaraq saxlanılıb.
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə qəsəbə ərazisində yerləşən idman meydançasında bir nəfərin içərisində pulu və mobil telefonu olan çantasını oğurlamaqda şübhəli bilinən 33 yaşlı T.Fehruzlu saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.