AZ

Makron Ukraynaya 40 min hərbçi yerləşdirmək istəyir?

Fransa Prezidenti Emmanuel Makron Rusiya ilə atəşkəs zamanı Ukraynada təxminən 40 min hərbçi yerləşdirmək istəyir.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə “Rzeczpospolita” nəşri Fransa Beynəlxalq Münasibətlər İnstitutunun ekspert Eli Tenenbaumа istinadən yazır.

Məqalədə qeyd olunur ki, Fransanın təklifinə əsasən xüsusi sülhməramlı missiya Rusiya tərəfinin mümkün atəşkəsi və müəyyən edilmiş demarkasiya xəttini pozmamasına zəmanət verəcək.

“O, (sülhməramlı missiya) beş briqadadan – təxminən 40 min əsgərdən ibarət ola bilər. Onlardan birinə komandanlığı Polşa öz üzərinə götürə bilər”, – deyə analitik təfərrüatları bölüşüb.

Qeyd olunur ki, Makron bu planı dekabrın 12-də Varşavaya səfəri zamanı müzakirə edəcək.

Xatırladaq ki, dekabrın əvvəlində Avropa diplomatiyasının rəhbəri Kaja Kallas Avropa dövlətlərinin silahlı qarşıdurmanın dayandırılması məqsədilə Ukraynaya hərbi kontingent göndərə biləcəyini istisna etməyib.

Seçilən
5
43
editor.az

10Mənbələr