ABŞ-ın Kaliforniya əyalətində davam edən yanğın səbəbilə bölgədə yaşayan 20 mindən çox insan təxliyə edilib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Sakit okean sahilində yerləşən Kaliforniya ştatının Malibu şəhərində güclü külək səbəbindən yanğın baş verib.
Yanğının 2800 hektardan çox əraziyə yayıldığını bildirən səlahiyyətlilər, 20 mindən çox sakinin təxliyəsi barədə göstəriş verib.
Bölgədə təhlükəsizlik tədbirləri səbəbiylə 40 mindən çox insanın elektrik enerjisi kəsilib.
Bundan əlavə, Santa Ana adlanan güclü və quru küləklər səbəbindən digər bölgələrdə də yanğınların baş verə biləcəyi barədə xəbərdarlıq edilib.
Gülay