AZ

Kloze Mahir və digər hücumçulardan narazı qalıb

style='margin-bottom:10px;'>

Almaniyanın "Bild" nəşri "Nürnberq"in azərbaycanlı hücumçusu Mahir Emrelinin 2-ci Bundesliqanın 15-ci turunda "Elfersberq"lə oyununu dəyərləndirib.

QOL.az xəbər verir ki, 27 yaşlı hücumçunun performansı tənqid edilib:

"Azərbaycan millisinin oyunçusunun "Paderborn"a 2:3 hesablı uduzduqları oyunda etdiyi qol ötürməsindən başqa son bir neçə həftədə çox az uğurlu matçı olub. Emreli "Elfersberq"lə görüşdə (1:2) bir neçə qol şansı əldə etsə də, sonluğu gətirə bilmədi".

Komandanın baş məşqçisi Miroslav Kloze isə Mahirin oyununda geriləmə olduğunu düşünməsə də, o da hücum xəttindən razı olmadığını bildirib: "Hücumçularımızda digər oyunlardan fərqli olaraq topsuz işləmək, pressinq etmək əzmi yox idi. Deməli, nəyisə əskik edirik. Əgər iki və ya üç nəfər komandadakı digər futbolçulardan daha az iş görürsə, uğur qazanmaq sadəcə olaraq mümkün deyil”.

Qeyd edək ki, M.Emreli bu mövsüm “Nürnberq”in heyətində bütün turnirlərdə keçirdiyi 11 oyunda 4 qol vurub, 1 qolun ötürməsini edib. “Nürnberq” isə 2-ci Bundesliqada 15 turdan sonra 12-ci pillədə qərarlaşıb.

Seçilən
42
1
teleqraf.com

2Mənbələr