1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Suriyada bir qrup silahlı şəxs ölkənin sabiq lideri olmuş, Bəşər Əsədin atası Hafiz Əsədin məzarına hücum edib.
Oxu.Az xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Belə ki, silahlı şəxslər Hafiz Əsədin məqbərəsinə daxil olaraq onun məzarını təhqir ediblər.
Məlumat üçün əlavə edək ki, Hafiz Əsəd 1971-2000-ci illər ərzində Suriya prezidenti olub.