"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo karyerasını yenidən İngiltərədə keçirə bilər.

Offsideplus.az xəbər verir ki, Çempionşipdə çıxış edən "Milloull"un azarkeşləri portuqaliyalı mütəxəssisi komandalarında işləməyə dəvət ediblər.

Mourinyo bir müddət öncə kanallarında birində qonaq olarkən İngiltərəyə qayıtmaq istədiyini bildirmişdi. Joze evinə yaxın olduğu üçün "Milloull"u çalışdıra biləcəyini qeyd etmişdi.

Çempionşip klubu baş məşqçi Nil Harrislə yolları ayırır. Azarkeşlər də bunu fürsət bilərək Mourinyonu sosial şəbəkə hesabları vasitəsi ilə komandalarında işləməyə dəvət edirlər.