AZ

Azərbaycan on bir aya 46 mlrd. m3 qaz hasil edib, 23 mlrd.-ə xaricə satılıb

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda 45.8 milyard kubmetr təbii qaz hasil edilib.

Banker.az bunu Energetika Nazirliyinə istinadən xəbər verir.

Qazın 12.1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 25.3 milyard kubmetri “Şahdəniz”,   1.4 milyard kubmetri “Abşeron” yatağı, 7 milyard kubmetri isə SOCAR üzrə hasil olunub.

Ötən ilin müvafiq dövrünə nisbətən 1.8 milyard kubmetr artımla qaz hasil edilib.

Hesabat dövründə xaricə qaz satışı 22.9 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz çoxdur. Avropaya 11.7 milyard kubmetr, Türkiyəyə 9 milyard kubmetr, Gürcüstana isə 2.2 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 5.1 milyard kubmetr qaz nəql olunub.

Qeyd edək ki, təbii qazın qiyməti Avropada havaların soyuq keçməsi və geosiyasi risklər səbəbindən artaraq son bir ilin maksimum səviyyəsinə çatıb. Dekabr ayından etibarən Niderland qaz habında TTF qazın hər min kub metrinin qiyməti 490 dolların üzərində satılır. Nəzərə alsaq ki, Azərbaycan bu qazın böyük hissəsini Avropaya artıq ixrac edir, o zaman növbəti aydan təbii qazdan valyuta axınına güclü təsir edə bilər.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 dekabr 2024-cü il tarixinədək 648.4 milyon ton neft (qaz kondensatı ilə birlikdə), 462.8 milyard kubmetr qaz hasil edilib.

“Azəri-Çıraq-Günəşli”dən 600.1 milyon ton neft, 228.5 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 48.3 milyon tona yaxın kondensat, 234.3 milyard kubmetr qaz çıxarılıb. Bu yataqlardan 01 dekabr tarixinədək 646.4 milyon ton neft, 167.6 milyard kubmetr qaz ixraca nəql edilib.

Seçilən
10
30
banker.az

10Mənbələr