Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, RF Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Rusiyanın Suriyadakı missiyasını yerinə yetirdiyini bildirib.
Peskov Rusiyanın 2015-ci ildən sonra Suriyaya terrorçuların öhdəsindən gəlməyə və vəziyyəti sabitləşdirməyə kömək elədiyini, bundan sonranın həmin ölkə hökumətinin "öz işi" olduğunu söyləyib.
Kremlin təmsilçisi deyib: "Vaxtı ilə Rusiya Suriya Ərəb Respublikasına terrorçuların öhdəsindən gəlməyə və vəziyyətin region üçün təhdid yaratdığı bilr zamanda sabitliyin bərqərar olmasına kömək edib. Bunun üçün çoxlu səy göstərib. O zaman Rusiya öz missiyasını yerinə yetirmişdi.
Bundan sonra isə artıq Əsəd hakimiyyəti öz ölkəsinə işləyib, onun inkişafı ilə məşğul olub. Lakin təəssüf ki, indiki vəziyyət yaranıb. İndi hazırda dünyada olan reallıqdan çıxış etmək lazımdır".
Hürr Tərcüman