Azərbaycan Nazirlər Kabineti 2025-ci il üçün Novruz, Ramazan və Qurban bayramları münasibətilə istirahət günlərini müəyyən edib. Müvafiq qərarı baş nazir Əli Əsədov imzalayıb.
Sənədə görə, 20, 21, 22, 23, 24 mart Novruz bayramı günləri kimi qeyd olunacaq.
22 və 23 mart şənbə və bazar günləri olduğundan, istirahət günləri növbəti iş günlərinə – 25 və 26 mart tarixlərinə keçiriləcək.
Ramazan bayramı martın 30 və 31-də qeyd olunacaq. Martın 30–u bazar gününə düşdüyündən, istirahət günü aprelin 1-də olacaq.
Qurban bayramı 6-7 iyunda qeyd olunacaq. 7 iyun şənbə günü olduğuna görə 8 iyun istirahət günü olacaq.