Qətər yaxın vaxtlarda Suriyadakı səfirliyini yenidən açmağı planlaşdırır.
Bu barədə Qətər Xarici İşlər Nazirliyinə istinadən "Jerusalem Post" qəzeti məlumat yayıb.
"Lazımi tədbirlər başa çatdıqdan sonra Qətər Suriyadakı səfirliyini yenidən açacaq", - materialda deyilir.
Qeyd edək ki, Qətərin Suriyadakı səfirliyi 2011-ci ildən bağlıdır.