AZ

Bakıda bu universitetə gediş-gəliş rahatlaşacaq — AÇIQLAMA

Metronun “20 Yanvar” stansiyasının çıxışından Sumqayıta daha bir ekspres sərnişin avtobusu xəttə buraxılıb. Bu, digər istiqamətlərdə də rahat gediş-gəlişin təmin edilməsi məsələsini aktuallaşdırıb. Sərnişin sıxlığının çox olduğu istiqamətlərdən biri də metronun “20 Yanvar” stansiyasından Bakı Mühəndislik Universitetinə qədərki yoldur. Belə ki Bakı Mühəndislik Universitetinə və geriyə yalnız 199 nömrəli avtobus işləyir. Gün ərzində yüzlərlə sərnişinin bir marşrutla gediş-gəlişi isə çətinlik yaradır. Onu da qeyd etmək lazımdır ki, həmin marşrut avtobusları Bakı Mühəndislik Universitetindən Yaşıl bazara qədər 28 km, yəni 32 dayanacaq yol qət edir.

Məsələ ilə bağlı nəqliyyat eksperti Yasin Mustafayev Demokrat.az-a açıqlamasında nəqliyyat növünün sayının artırılmasını müsbət dəyərləndirib:

“Ekspres avtobusların xəttə buraxılma səbəbi istiqamət üzrə gediş-gəlişdə rahatlıq yaratmaqdır. Yəni başlanğıc dayanacaqdan son dayanacağa qədər, adətən, daha çox gediş olur. Ekspres avtobuslar da başlanğıc və son dayanacaqdakı sərnişinlərin rahat gediş-gəlişini təmin edir. Buna görə də 20 Yanvar-Sumqayıt istiqamətində daha çox ekspres avtobusların xəttə buraxılması 199 nömrəli avtobusda sərnişinlərin sayının azalmasına səbəb olacaq. Son nəticədə Bakı Mühəndislik Universitetinə gedən sərnişinlər yolu daha rahat gedib-gələcəklər”. 

Törə Zeynallı
Demokrat.az
Seçilən
56
demokrat.az

1Mənbələr