AZ

İsrail dayanmır… Suriyanın hərbi bazaları, donanması bombalanır- Netanyahu Əsədi devirən müxalifləri hədələdi…

Image

İsrailin baş naziri Netanyahu Suriyada Əsəd rejimini devirən silahlı qrupları hədələyən videomüraciət yayıb. 

Suriyanın daxili işlərinə qarışmaq niyyətində olmadıqlarını deyən Netanyahu Suriyadakı hücumları “İsrailin təhlükəsizliyi üçün” həyata keçirdiklərini iddia edib və bu ölkədəki hərbi obyektlərin bombalanması əmrini verdiyini bildirib.

Bəəs rejimini devirən qruplarla əlaqələr qurmaq istədiklərini deyən Netanyahu onları təhdid də edib: “İranın Suriyada məskunlaşmasına icazə versələr və ya İran silahlarının və ya hər hansı digər silahların “Hizbullah”a göndərilməsinə icazə versələr, ya da bizə hücum etsələr sərt cavab verəcəyik və onlara ağır bədəl ödədəcəyik”.

Qeyd edək ki, İsrail Bəəs rejiminin süqut etdiyi gündən Suriya ərazisinə hücumlar həyata keçirir. İsrail ordusu Bəşər Əsədin devrilməsindən sonra Suriyada 320 nöqtəyə hava hücumu təşkil etdiyini açıqlayıb. 

İsrail Əl-Bayda və Latakiya limanlarında Suriya donanmasını məhv etmək üçün genişmiqyaslı hücum da həyata keçirib. Hücumdan sonra Latakiya limanında Suriya Hərbi Dəniz Qüvvələrinə məxsus bütün raketlər və katerlər məhv edilib.

TAHİR





Seçilən
7
baki-xeber.com

1Mənbələr