Azərabycanın qadın voleybolçulardan ibarət yığmasının üzvü Polina Rəhimova Braziliya çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun şərəfini qorudğu "Osasco Voleibol Clube" 9-cu turda "GERDAU MINAS" klubu ilə qarşılaşıb.

Oyun gərginliyi ilə yadda qalıb. 5 hissə davam edən matçda Polina və rəfiqələri 2:3 (25:18, 19:25, 20:25, 25:23, 14:16) hesabı ilə məğlub olublar.

Millimizin üzvü komandasının qələbəni son anda əldən verdiyi bu qarşılaşmada əvəzetmə ilə meydana çıxıb. Rəhimova meydanda olduğu qısa müddətdə bir dəfə blokda, bir dəfə də eyslə fərqlənib.