“Sabah"ın futbolçusu Pavol Şafranko təqdirəlayiq addım atıb.
Rekord.az xəbər verir ki, o, "Turan Tovuz"un əməliyyat olunan müdafiəçisi Denis Marandiçini ziyarət edib.
Slovakiyalı hücumçu moldovalının müalicə aldığı xəstəxanaya yollanıb.
Marandiçi "Turan Tovuz" - "Sabah" matçında (2:2, pen. 1:3) zədələnib. Şafranko ilə toqquşmadan sonra onun ayağı sınıb.