AZ

Borçalıda vətəndaşlara təmənnasız hüquqi yardım göstərilir

Borçalıda fəaliyyət göstərən “Azərbaycan Evi” ilə “Qanun” Hüquqi Yardım Mərkəzi arasında imzalanan memoranduma əsasən, mərkəzin rəhbəri, vəkil Əli Bədirov və hüquqşünas Şamil Şamilov “Azərbaycan Evi”ndə öncədən qeydiyyatdan keçmiş Marneuli və ətraf kəndlərdə yaşayan, hüquqi problemi olan sakinləri qəbul ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına görə, qəbulun yeddinci günündə 12 soydaşımızın problemləri dinlənilib. Onların problemlərinin (vətəndaşlıq, müvəqqəti yaşama qeydiyyatı, aliment, vərəsəlik, mülkiyyət, ailə zorakılığı və s.) həlli ilə bağlı lazımi ərizələr yazılıb, aidiyyəti dövlət qurumlarına, baş prokurorluğa və məhkəmə instansiyalarının elektron ünvanına göndərilib.

Qeyd edək ki, qəbul günləri davam edir və soydaşlarımız bu xidmətdən yararlanmaq üçün “Azərbaycan Evi”nə müraciət edə bilərlər. 

 

P.ƏMİRCANOV

XQ

 

 

 

Seçilən
19
xalqqazeti.az

1Mənbələr