AZ

Azərbaycandan 9 ayda 4 milyard dollara yaxın kapital axını olub

2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanadan xaricə kapital axını (ölkənin maliyyə hesabının mənfi saldosu) 3 570,5 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Məlumata əsasən, 9 ay ərzində Azərbaycanın xalis maliyyə aktivləri (ölkənin xaricə investisiya qoyuluşu) 1 390,9 milyon dollar artıb, xalis maliyyə öhdəlikləri isə (ölkəyə xaricdən investisiya qoyuluşu) 2 179,6 milyon  dollar azalıb.

Xatırladaq ki, 2023-cü ilin eyni dövründə Azərbaycana xaricdən 398,7 milyon dollar kapital axını qeydə alınmışdı.

phrase_var_article.chosen
30
turan.az

1phrase_var_article.sources